Elm hüdudsuz bir okeandır
( İsaak Nyuton: İngilis fiziki və astronomu )

Aforizmler

Hikmət dənizi və aforizmlər → Uşaq haqqında

 
Övladlarınız arasında oğlanla qıza fərq qoymayın;fərq qoymaq lazım gəlsəydi,mən qızları üstün tutardım (Hz.Muhəmməd s.ə.v.)
Namaz qılarkən onu uzatmaq istəyirəm;lakin kiçik bir uşağın ağlamasını eşidəndə namazımı uzatmıram,çünki onun ağlar səsini eşidən ananın nə hala düşdüyünü yaxşı bilirəm (Hz.Muhəmməd s.ə.v.)
Övladlarınızı dövrünüz üçün deyil,onların dövrü üçün yetişdirin (Hz.Əli ə.s.)
Döyməklə uşağı yalnız korlamaq olar (Aristotel:Qədim Yunan filosofu)
Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur (Viktor Mari Hüqo:Fransız yazıçısı)
Uşaqlarına susmağı öyrət,danışmağı onların özləri də öyrənə bilər (Bencamin Franklin:Amerika ictima-siyasi xadimi)
Ömür qısadır,lakin insan onu öz uşaqlarının ömründə yaşaya bilər (Anatol Frans:Fransız yazıçısı)
Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz,heç vaxt müdrik insan yetişdirə bilməyəcəksiniz (Jan Jak Russo:Fransız filosofu)
Əgər qırx yaşına qədər insanın mənzilini uşaq səsləri başına götürmürsə,oraya kabuslar və dəhşətlər təşrif gətirir (Şarl Ogüsten Sent-Böv:Fransız yazıçısı və tənqidçisi)
Uşağa gözəl ad qoymaq lazımdır ki,bütün ömrü boyu xəcalət çəkməsin (Nəsrəddin Tusi:Azərbaycan alimi və dövlət xadimi)
Ata-ananın övlada məhəbbəti təbii,övladın ata-anaya məhəbbəti isə iradidir (Nəsrəddin Tusi)
Uşağın göz yaşını silməyən onunla birgə ağlar (Afrika atalar sözü)
Pis övlad altıncı barmaq kimidir-kəsərsən,ağrıyar,kəsməzsən,eybəcər göstərər (Azərbaycan atalar sözü)
Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir (Çin atalar sözü)
Uşaqlıq məntiqin yuxuda olmasıdır (Jan Jak Russo:Fransız filosofu)
Uşaqlar bərkiməmiş beton kimidir:üzərinə nə düşərsə,iz qoyar (Naməlum)
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir ("Füyuzat" jurnalından)
Uşaqlarınızın göz yaşlarını qoruyun ki,onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor:Qədim Yunan filosofu və riyaziyyatçısı)

Hikmət dənizi və aforizmlər
 → Aforizmlər və atalar sözləri - 1

 
1.Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir (Konfutsi)
2.Sizə nə edəcəyinizi deyə bilərlər, ancaq nə düşünəcəyinizi əsla (Sokrat)
3.Bir ailə ilə bir dövlət idarə etmək arasında elə böyük bir fərq yoxdur (Monten)
4.Başqalarının izi ilə gedən iz qoya bilməz (Con İ.Brannon)
5.Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil (Atalar sözü)

6.Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır (Yavuz Sultan Səlim)
7.Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz (Monten)
8.Elm sərvətdən də üstündür. Çünki sərvəti sən qoruyursan, elm isə səni qoruyur (Hz.Əli)
9.Ayaq üstə ölmək dizi üstə yaşamaqdan daha şərəflidir (Franklin Ruzvelt)
10.Əsas məsələ nə qədər yaşamağımız deyil, necə yaşamağımızdır (H.Berqson)

11.Ağac nə qədər yüksək olsa, yarpaqları yenə də tökülər (Atalar sözü)
12.Cəsarətin bittiyi yerdə əsarət başlayır (Atalar sözü)
13.Bütün yerlər göydən eyni uzaqlıqdadır (Robert Barton)
14.Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala bilməz (Fridrix Helderin)
15.Bir düşməni bağışlamaq bir dostu bağışlamaqdan daha asandır (Dorote Deluzi)

16.Nəfsinə hakim olan dünyaya hakim olar (Volter)
17.Ətrafımızdakıları olduqları yerdən yox, olduğumuz yerdən görürük (Con Vans Ceyni)
18.Biçmək üçün əkmək lazımdır (Atalar sözü)
19.Yemək üçün yaşama, yaşama üçün ye!(Siseron)
20.İki fikir bir fikirdən daha yaxşıdır (Atalar sözü)
Daha 20 maraqlı söz

Hikmət dənizi və aforizmlər
 → Qadın haqqında

 
  • Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.   (Vissarion Qriqoryeviç Belinski:Rus tənqidçisi və filosofu)
  • Qadın elə bir mələkdir ki,bizi uşaq ikən qoruyur,gənc ikən xoşbəxtliyimiz üçün çalışır,qocalanda isə təsəlli verir.   (Avreli Avqustin:Qədim Roma filosofu)
  • Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub.   (Onore de Balzak:Fransız yazıçısı)
  • Qadınsız ev məzar kimidir.   (Onore de Balzak)
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.   (Onore de Balzak)
  • Qadınlar qorxanda daha təhlükəli olurlar.   (Robert Berns:Şotland şairi)
  • Qadın hər şeyi fitrətən bilir,kişi kitablardan öyrənir.   (Siddhartha Qautama Budda:Buddizm banisi)
  • Qadınların ən güclü silahı zəiflikdir.   (İvan Alekseyeviç Bunin:Rus yazıçısı)
  • Qadını danışmağa məcbur etmək üçün min üsul var,ancaq onu susmağa məcbur edən üsul yoxdur.   (Giyom de Buşe:Fransız yazıçısı)
  • Qadının hökm etdiyi yerlərdə işdən çox,istəklər vacibdir.   (Esxil:Qədim Yunan dramaturqu)
  • Qadının ən böyük cəvahiratı onun namusudur.   (Anatol Frans:Fransız yazıçısı)
  • Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.   (Anatol Frans)
  • Qısqanclıq kişidə zəiflik,qadında isə güc mənbəyidir.   (Anatol Frans)
  • Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.   (Corc Herbert:İngilis şairi)
  • Qadını Allah gözəl yaradır,şeytan isə onu sevdirir.   (Viktor Mari Hüqo:Fransız yazıçısı)
  • Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir.   (İncil)
  • Qadının həmişə üç cür yaşı olur:biri görünən yaş,digəri həqiqi yaş,üçüncüsü də onun özünə verdiyi yaş.   (Alfons Karr:Fransız jurnalisti)
  • Mənin üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır.   (14-cü Lüdovik:Fransa kralı)
  • Qadın öz yaşını doğum tarixindən deyil,evləndikdən sonra hesablayar.   (Con Lokk:İngilis filosofu və pedaqoqu)
  • Qadın kobudluğu,nifrəti,ikrahı bağışlayar,lakin istehzanı heç vaxt unutmur.   (Etyen Rey:Fransız yazıçısı)
  • Qadının ən böyük düşməni səbirsizlikdir.   (Jan Pol İohan Paul Fridrix Rixter:Alman yazıçısı)
  • Qadın zərif şüşə kimidir.Onun möhkəmliyini yoxlamağa çalışmayın,hər an sına bilər.   (Migel de Servantes:İspan yazıçısı)
  • Qadın ömürdən şirin və ölümdən acıdır.   (Hz.Süleyman ə.s.)
  • Arvad seçərkən özündən biliksizini,dost seçərkən özündən biliklisini seç.   (Çin atalar sözü)
  • Qadının çöhrəsi ərinin necə olduğunu,kişinin köynəyi isə arvadının necə olduğunu göstərir.   (yuqoslav atalar sözü)
  • Qadının sizdən məsləhət istəməsi o demək deyil ki,sizin məsləhətinizə ehtiyacı var,o,sadəcə,özünə həmsöhbət axtarır.   (Onore de Balzak)
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edər.   (Onore de Balzak)
  • Qadın insan kölgəsi kimidir;qovsanız-qaçar,qaçsanız-qovar.   (Nikola Sebastyan Şamfor:Fransız yazıçısı)
  • Qadın elə bir mövzudur ki,onu nə qədər incələsən də,hər zaman yenidir.   (Lev Nikolayeviç Tolstoy:Rus yazıçısı və mütəfəkkiri)
  • Kişi əfv edir və unudur,qadın yalnız əfv edir.   (Filip Jerfo:Fransız yazıçısı)
  • Qızılı od ilə,qadını qızıl ilə və kişini qadın ilə sınaqdan çıxarırlar.   (Litsi Anney Seneka:Qədim Roma filosofu)
  • Pis qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır.   (Afrika atalar sözü)

Hikmət dənizi və aforizmlər
 → Axmaqlıq haqqında

 
- Ən axmaq insan özünü hamıdan ağıllı biləndir (Hz.Əli ə.s.)
- Axmaq həmişə öndə dayanır ki,hamı onu görə bilsin,ağıllı isə həmişə arxada dayanır ki,hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
- Hətta dahiliyin də sərhədləri var,axmaqlıq isə heç bir sərhəd tanımır (Aleksandr Düma:Fransız yazıçısı)
- Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)

- Öz axmaqlığını görmürsənsə-axmaqsan,görürsənsə-ağıllısan, görüb qarşısını alırsansa-dahisən (Mari Fransua Arue Volter:Fransız filosofu və yazıçısı)
- Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində , axmaqdır (Alman atalar sözü)
- Axtardığını bilməyən axmaq-tapdığını anlaya bilməz (KloD Bernard:Fransız həkimi)
- Danışıb axmaqlığınızı ortaya qoymaqdansa,danışmayın. Heç olmasa insanların şübhələri aradan qalxsın (Avraam Linkoln:ABŞ-ın 16-cı prezidenti)

- Bilikli bir axmaq cahil bir axmaqdan daha da axmaqdır (Jan Batist Molyer:Fransız dramaturqu)
- Ağıllı adamlara gülmək axmaqlara verilmiş imtiyazdır (Sokrat:Qədim Yunan filosofu)


Bloq: Hagverdiyev
 → Atalar sözləri ilə həyata baxış V (qaçmaq barədə)

 


“Verirlər – al, döyürlər – qaç”.  “Biri qaçar, biri qovar”. “Qaçmaq da hünərdir, qovmaq da”. “Qaçan da Allahı çağırır, qovan da”. “Düşmən çox olanda qaçmaq da mərdlikdəndir”. 
“Yersiz gǝldi, yerli qaç”. “Asta qaçan namərddi”.

“Yazıdan qaçmaq olmaz”, “Yazılan pozulmaz”. “Bəladan qaçan bəlaya düşər”. “Mən qaçıram bəladan, bəla çıxır qabaqdan”. “Fələk güclü – mən gücsüz”. “Özü yazır, özü oxuyur”. “Dovşana deyir, qaç, tazıya deyir, tut”. “Köpǝyin iyǝ düşǝni tuladan bǝrk qaçar”.

“Boyunduruqdan qaçan öküzü kǝsǝrlǝr”.

Ardı

Hikmət dənizi və aforizmlər → 90 yaşlı qadının həyatdan öyrəndikləri

 

1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.

2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək vaxt itirmə.

3. Heç kim özünü ciddi hesab etməməlidir.

4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.

5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində deyilsən, bəzən qəbul et getsin.

6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan daha yaxşıdır.

7. İlk maaşından başlayaraq pensiya dövrü üçün pul toplamağa başla.

8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.

Ardı

Hikmət dənizi və aforizmlər → Yaxşı kitab aysberqə oxşayır

 

Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.

Ardı

Hikmət dənizi və aforizmlər → Əsas düşmənim özüməm

 
Bruce Lee— Mənim seçimim- döyüş sənəti, mənim sənətim- aktyor. Mənim əsas rolum- həyat rəssamı.

— Bilik kifayət deyil, sən onu tətbiq etməlisən. Arzu etmək kifayət deyil, sən onu reallaşdırmalısan.

— Əgər sizi tənqid edirlərsə, demək siz doğru yoldasız. İnsanlar adətən beyini olan hər şeyə hücum edərlər.

— Çılğınlıq səni tez bir zamanda axmağa çevirər.

— Yumuşaqlıq sınmaz.

— Mühakimə etmək əvəzinə anlayış göstərməyi öyrənməyə çalışıram. Mən gözüyumulu izdihamı izləyib, onların yanaşma tərzini qəbul edə bilmərəm.

— Nə verməyiniz önəmli deyil, önəmli olan necə vermənizdi.

— Boş başların uzun dilləri olar.

— Əgər sən nəyinsə mümkün olmadığını düşünürsənsə, o zaman sən bu yolla onu mümkünsüz edirsən. Ardı

Hikmət dənizi və aforizmlər → Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar

 
Aziz NesinƏn gözəl şeir riyaziyyatdır. Yer üzündə indiyə qədər “iki dəfə iki dörd edər”dən daha gözəl misra yazılmayıb, məncə.

Mən ateistəm və bir gün Tanrıya inandığımı dediyimi eşitsəniz, ciddiyə almayın. Demək ağlımı itirmişəm.

Türkiyədə hər 3 gəncin 4-ü şairdir.

Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq yaşanılan ən böyük günahdır.

Barmaqlarımızın arasında boşluq — bizim üçün yaradılan o insan gəlib onu doldursun deyə var.

Türk kişisinin dünyanın ən qısqanc kişiləri olmağının səbəbi sevgililərinə deyil, özlərinə inanmadıqlarındandır.

Bəlkə də bərk-bərk qucaqlayacağımız sevgilimiz yoxdur, bəlkə tənhayıq. Amma bilin ki, adam kimi sevdiyimizdəndir tənhalığımız.

Hərbə sərf olunan pul dünyadakı aclıq probleminin tamamən həll edilməsi üçün lazım olan pulun təxminən 100 qatıdır.

Xəritələrə baxdım, heç birində evin yoxdur. Ensiklopediyalara baxdım, heç birində şəklin yoxdur. Lüğətlərə baxdım, heç birində adın yoxdur. Güzgüdə özümə baxdım, səni gördüm. Məndən başqa yerin yoxdur.

Tənbəllərin iş günü sabahdır. Ardı

Hikmət dənizi və aforizmlər → Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər

 
Butun faciələr olumlə bitir, butun komediyalar evliliklə.Dövləti qurmaq üçün min il, dağıtmaq üçün bir saat yetər.

Gecə qadınlarla ulduzları gözəl göstərər.

Tanrı sevdiklərinə erkən ölüm verir.

Kədər ağıllı adamların müəllimidir.

Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər.

İşi çox olanların göz yaşı axıtmağa vaxtları olmaz.

İnsanları sevirəm, amma təbiəti daha çox sevirəm.

Biz insanları şəxsi dəyərlərinə görə deyil, bizdə tapdıqları dəyərlərə görə sevirik.

Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir.

Yoxsulluq – həqiqətə gedən ilk yoldur. Ardı

Hikmət dənizi və aforizmlər → Xalid Hüseyni romanlarından sitatlar

 

Çərpələng uçuran”dan sitatlar

Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.

Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!

Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.

Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.

Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?

Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.

Yaralar sağalar, ləkələnən adlar əsla.

Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.

Ardı

Hikmət dənizi və aforizmlər → Cüneyt Arkının həyatdan öyrəndikləri

 
Neçə yaşında olursan ol, içindəki uşağı hər zaman yaşatmalısan. Həyatdan bunu öyrəndim. Mənim uşaqlığım, yaxşı keçmədi. Əskişəhərin balaca bir kəndində böyüdüm. O zamanlar, ailə büdcəsinə kömək etmək məqsədiylə, hər il üç-dörd ay bostanda növbətçilik edirdim. Süfrədən tox qalxdığım günlər az olurdu. Ancaq yenə də o yaşda qayğı çəkmirsiniz, çünki indiki kimi gözləntilər yox idi. Bu da sizi ayaqda saxlayır.

Heyvanların, insanlardan vəfalı olduğunu öyrəndim. Uşaq vaxtı iki itim vardı. Onların mənə olan vəfasını və bağlılığını həyatım boyu heç kimdən görmədim.

Yeri gələndə çörəyi daşdan çıxarmaq lazım olduğunu öyrəndim. Kasıb vaxtımızda, atam, evimizin qarşısındakı 500 kvadrat metrlik qayalıq ərazini dağıdaraq parçaladı. Belində torpaq daşıdı və ərazini əkin üçün yararlı hala saldı. O zamandan bəri həyatın sərt üzünə təslim olmamaq qərarını verdim.

Gec də olsa insanın həyatın gözəlliklərinin fərqinə varmasının lazım olduğunu öyrəndim. Çox çalışdım. O qədər çalışdım ki, gecəm gündüzüm bir-birinə qarışdı. Gündüz film çəkilişlərində, gecələr isə macəra filmlərində çəkildiyim üçün “Medrano” və “Kazak” sirklərinə gedib məşq edirdim. Bir gün çəkiliş vaxtı yorulduğumu hiss etdim, qapının qarşısına çıxdım. Üzümü gözəl bir külək yalayıb keçdi, sizi başa sala bilməkdə çətinlik çəkirəm. Eyni anda, qoxu da hiss etdim. Başımı qaldırıb irəliyə baxdığım zaman bir nəfərin salat satdığını gördüm. İllərdir çalışmaqdan, baharın gəlişindən xəbərsiz qaldığımı hiss etdim. İndi, “Dəyərdimi?” deyə öz-özümə soruşuram. Cavabım həmişə belə olur: “Xeyr, dəyməzmiş”. Ardı

Hikmət dənizi və aforizmlər → Bill Geytsdən 11 məsləhət

 
1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək. 

3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır. 

5. Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6. Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın.  Ardı

Hikmət dənizi və aforizmlər → Cəvahirləl Nehrudan sitatlar

 

Jawaharlal NehruUğur çox zaman cəsarətli insanlara xas bir şeydir, nadir hallarda çəkinən və nəticələrdən qorxanlar uğur qazana bilər.

Həyatdan zövq almağın yeganə yolu qorxusuz və pərt olmaqdan, fəlakətlərdən çəkinməməkdir.

Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur.

Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır.

Şəxsi ləyaqəti haqqında çox danışan adamlar, adətən daha az fəzilətli olurlar.

Ən zəif cəhətimiz odur ki, müzakirə etməyi daha çox sevirik, nəinki iş görməyi.

Keçmiş həmişə bizimlədir. Nəyə malikiksə, hamısı keçmişdən gəlir. Biz keçmişin törəmələriyik. Bunu dərk etməmək, həqiqəti dərk etməmək deməkdir.

Ardı

Bloq: Hagverdiyev
 → Atalar sözləri ilə həyata baxış VI (söz haqqında)

 

“Əyri oturaq, düz danışaq”.

 “Dünyada ən çətin şey sözdür, anlamağı da çətin, anlatmağı da”. “Söz odur ki, haqqa vara".
“Sözün zahiri zərif, batini lətif olmalıdır”. “Qaba söz qaba hərəkətdən pisdir”. “Eyibli söz danışma”. «Sözü ağzında bişir, sonra çıxart». “Söz ağızdan çıxıncan sənindi”. “Deyilǝn söz geri qayıtmaz”.

“Adamı sözündǝn tutarlar, heyvanı buynuzundan”. «Bildiyindən danış, bilmədiyin səni güdaza verər». “Sözü məqamında de”. “İstədiyini söyləyən, istəmədiyini eşidər”. “Sözünü bilməyəni bayıra atarlar”.  «Söz danış, söz olsun”. Söz danış söz eşit”.

“Adam sözünü adama deyǝr”. “Adama sözü bir dǝfǝ deyǝrlǝr”. “Səhrada gül bitməz, cahilə söz yetməz”.

“Söz gǝzdirmǝ”. “Özgǝnin sözünü özgǝnin evindǝ danışma”. “Söz gǝzdirǝn adamdan qorx”. “Kişi, sözü üzǝ deyǝr”.  “Kişi öz sözünün ağası olar”.

Ardı

Bloq: Hagverdiyev → Atalar sözləri ilə həyata baxış V (qaçmaq barədə)

 


“Verirlər – al, döyürlər – qaç”.  “Biri qaçar, biri qovar”. “Qaçmaq da hünərdir, qovmaq da”. “Qaçan da Allahı çağırır, qovan da”. “Düşmən çox olanda qaçmaq da mərdlikdəndir”. 
“Yersiz gǝldi, yerli qaç”. “Asta qaçan namərddi”.

“Yazıdan qaçmaq olmaz”, “Yazılan pozulmaz”. “Bəladan qaçan bəlaya düşər”. “Mən qaçıram bəladan, bəla çıxır qabaqdan”. “Fələk güclü – mən gücsüz”. “Özü yazır, özü oxuyur”. “Dovşana deyir, qaç, tazıya deyir, tut”. “Köpǝyin iyǝ düşǝni tuladan bǝrk qaçar”.

“Boyunduruqdan qaçan öküzü kǝsǝrlǝr”.

Ardı

Bloq: Hagverdiyev → Atalar sözləri ilə həyata baxış IV (varlı və kasıb haqda)

 


“Dünya kasıba zindandır, varlıya meydan”. “Pullu adamdan bəla da qorxar”.  “Pul əl çirkidir”. “Pulda vəfa olsaydı, əldən-ələ keçməzdi”.
“Kasıb pul tapdı, qoymağa yer tapmadı”.

 “Özündən dövlətli ilə ayaq çəkmə”. “Bəy ilə dalaşmaq dirəklə  güləşməyə bənzər”. “Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sındırar”. “Davakarın şah olsa, ərizəni Allaha yaz”.

Dövlət başa bəladır”. “Dövlətin ən yaxşısı ağıldır”. “Yaxşı ad dövlətdir”. “Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır”. “Kasıblıq eyib deyil, oğurluq eyibdir”. “İşlə nökər kimi, ye ağa kimi”.

 “Sən ağa, mən ağa, inəkləri kim sağa?!”

Ardı

Bloq: Hagverdiyev → Atalar sözləri ilə həyata baxış III (ağlamaq haqda)

 

“Ağlamayan uşağa süd verməzlər”.

“Dağlar dağımdır mǝnim, qǝm ovlağımdır mǝnim, dindirmǝyin ağlaram yaman çağımdır mǝnim”.

 “İnsanı dǝrd  ağladar”. “Dǝrd bir deyil, iki deyil”. “Hansı dǝrdimi deyim, ağlayım?”.  “Özü yıxılan ağlamaz”.

“Ağlayanda elə ağla əzizi ölmüş kimi”. “Ağlayanda imam üçün də ağla, yezid üçün də”. “Dostunu ağladıb, düşmǝnini güldürmǝ”.

“Ağlamaqla günah bağışlanmaz”. “Ağlamaq fayda verməz”. “Keçdi gül, uçdu bülbül, istǝr ağla, istǝr gül”.

“Kişi ağlamaz” 

 

Ardı

Bloq: Hagverdiyev → Atalar sözləri ilə həyata baxış II (yaxşılıq haqda)

 

“Dünyada bir pislik qalar, bir də yaxşılıq”. “Pisliyi torpağa əkdilər, göyərmədi”. “Başqasına pislik edən özünə etmiş olar”.

“Ömrün bərəkəti yaxşı əməl ilədir”. “Dünyada ən yaxşı şey yaxşılıqdır”. “Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən”. “Fürsət əldə ikən yaxşılıq eylə”. “Yazıq o adamdır ki, yaxşılıq etmir”. “Yaxşılıq edən yaxşılıq görər”. “Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın”. “Bir qarınc  yaxşılığı, bir çimdik yamanlıq pozar”. “Yaxşılıq elə, minnət qoyma”. “Yaxşılıq elǝyib bir şey umursansa etmǝsǝn yaxşıdır”. “Yaxşılıq elə at dəryaya, balıq bilməz, Xalıq bilər”. “Yaxşılığın əcrin Allahdan istə”.

 “Mǝn demǝdim, sǝn eşitmǝdin”. “Kimə yaxşılıq elədin, özünü ondan qoru”.

 

Ardı

Bloq: Hagverdiyev → Atalar sözləri ilə həyata baxış I

 

 “Salam Allahın adıdır”. “Əvvəl salam, sonra kəlam”.  “Bir gün duz yediyin yerə qırx gün salam ver”. “Hər saqqala salam verməzlər”. “Nanəcibə salam verərsən, deyər: — Qorxdu 
məndən!”. “Qazıya salam verdim, rüşvət deyil deyə almadı”. “Salam verdim, borclu çıxdım”. “Borclu borclunun sağlığın istər”. 

Ardı

Hikmət dənizi və aforizmlər → Allah susanlarla danışmağı sevir

 

                                           

İtaliya – təkcə Avropa sivilizasiyasının beşiyi, İntibah dövrü dahilərinin vətəni və çəkməyə bənzər ölkə deyil, həm də müdrik fikirlər anbarıdır. 

İtalyan atalar sözləri :

1. Oyun qurtaranda şah da, piyada da eyni qutuya qoyulur.

2. İntiqam – soyuq verilən yeməkdir.

3. Qoyunla yüz il yaşamaqdansa, şirlə bir gün yaşamaq yaxşıdır.

4. Qonaq balıq kimidir, 3 gündən sonra iylənməyə başlayır. 

5. Ay Allah, sən məni dostlarımdan qoru, düşmənlərimlə özüm baş çıxaram.

Ardı

Bloq: Someone → Vaxtı keçmiş atalar sözləri

 

Aşağıdakı 6 atalar sözlərini ‘recycle‘ eləmək vaxtıdır. 

Bəy verən atın dişinə baxmazlar

Mən də belə sadəlöhv idim, çəhrayı kəpənəklərə və sonsuz çəmənliklərə inanırdım – rəfiqəmin mənə hədiyyə etdiyi Chanel çantanın saxta olduğunu bilənə qədər (Adam kişi olar!). Bəyin və ya padşahın verməyindən asılı olmayaraq onun dişinə baxıb ‘Made in China‘ yazılmadığına əmin ol.

Palaza bürün, elnən sürün

Görəsən atalar o vaxt vodka içirdilər? Yəqin ki, yox. İçsəydilər deyərdilər ‘Kef elə, necə istəyirsən o cür ol‘. Ay qadan alım, hamı eyni rəngdə olsa, eyni cür düşünsə, eyni cür yaşasa bəs Mona Lizanı kim çəkərdi, Leyli və Məcnunu kim yazardı, qadınlara seçki hüquqlarını kim verərdi, Molla Nəsrəddini kim yaradardı? Cəmiyyətdə və dünyada dəyişikliklər edən adamlar məhz fərqli olmağa və fərqli düşünməyə cəsarət edənlərdir. Fərqli ol, özün ol, sən bu cür gözəlsən!

Ardı

Hikmət dənizi və aforizmlər → İspan ata sözləri

 

Axmaq balıq üçün düşmən – yemdir, balıqçı yox.İstedadsız yazıcı gunahı qələmdə gorur

Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq.

Allah yuxudan tez duranları sevir.

Yaxşı qanunlar pis adətlərdən doğulub.

İstedadsız yazıçı günahı qələmdə görür.

Şeytan, şeytan olduğuna görə çox bilmir, şeytan qoca olduğuna görə çox bilir.

Axmaqlar bazara getməsəydi, çürük mallar satılmazdı.

Ardı

Hikmət dənizi və aforizmlər → Dəyərli ata sözləri

 

atalar sozləriPislik etməmisənsə, şeytanların qapını döyməyindən qorxma. (Çin atalar sözü)

Təmiz vicdan qədər yumşaq yastıq yoxdur. (Fransız atalar sözü)

Bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər. (Çin atalar sözü)

Xəmir yoğurmaq istəməyən beş gün un ələyər. (Yunan atalar sözü)

Bir dəfə aslanın belinə mindinsə, enmək çətindir. (Çin atalar sözü)

Yaxşı at olsun, nalı olmasa da olar. (Kürd atalar sözü)

Güclü insanların iradəsi, zəiflərin isə ümidi olur. (Çin atalar sözü)

Ardı


Hikmət dənizi və aforizmlər
 → Düşmənçilik haqqında




 
Səni boğmaq istəyən dərin bilgili Düşmən
Cahil dostdan yaxşıdır ,belə söyləyirəm mən.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri)
Düşmənə bəslədiyin kini körükləmə,yoxsa özün də yanarsan.   (Uilyam Şekspir:İngilis dramaturqu və şairi)
Yalnız heç nəyə yaramayan adamların düşməni olmur.   (Jan Leron Dalamber:Fransız riyaziyyatçısı və filosofu)
Düşmən qazanmaqdan qorxanın dostu da olmaz.   (Peter Hille:Alman yazıçısı)
Düşməni dost etmək xoşbəxtlik,dostu düşmənə çevirmək isə ən böyük bədbəxtlikdir.   (Əbülfərəc əl-İsfahani:Ərəb şairi və alimi)
Düşməninə həm də dost kimi bax,çünki bir çox səhvlərini ancaq ondan öyrənə bilərsən.   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Hər cəmiyyətin iki düşməni var.Bunlardan biri qanunları tapdalayanlar,digəri qanunları kor-koranə tətbiq edənlərdir.   (Alfred Kapus:Fransız yazıçısı)
Düşmənlərinizi əhv edin,ancaq onların adlarını unutmayın.   (Con Fitscerald Kennedi:ABŞ-ın 35-ci prezidenti)
"Düşmənim var"deyə kədərlənmə!Düşməni olmayanın dəyəri də yoxdur.   (Pyotr Kozlov:Rus alimi)
Çoxlarına şöhrəti düşmənləri qazandırıb.   (Baltazar Qrasian:İspan yazıçısı)
Kin bəsləmək cılız insanların adətidir.   (Fransua de Laroşfuko:Fransız yazıçısı)
Ən uzunsürən düşmənçilik səbəbsiz düşmənçilikdir.   (Jan Fransua Pol de Qondi Rets:Fransız yazıçısı,kardinal)
Özünü elə apar ki,dost gizli düşmənə çevrilməsin.   (Sədi Şirazi:İran şairi və mütıfəkkiri)
İnsanın özünə etdiyi pisliyi düşmən də edə bilməz.   (Naməlum)
Düşmən qarışqa da olsa,sən onu fil say.   (Azərbaycan atalar sözü)
Düşmən can da olsa,düşməndir yenə.   (Səməd Vurğun:Azərbaycan şairi və dramaturqu)
Düşmənini öldürmək əvəzinə onu şəfqətinlə yola gətir.(Ermənilər xaric)(Ceyms Allen:Amerika yazıçısı)   


Hikmət dənizi və aforizmlər
 → Elm haqqında aforizmlər

 
(Ey  Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.  ( Qurani Kərim)
Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.  (Hz.Muhəmməd s.ə.v.) 
Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil.  ( Hz.İsa ə.s.)
Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir.  ( Hz.Əli ə.s.)
Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.  ( Hz.Əli ə.s.)
Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.  ( Sədi Şirazi)
Bütün elmlərin açarı sual işarəsidir.  ( Onore de Balzak: Fransız yazıçısı)
Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən usaqlaşmaq kimi insan ömrünü məhv etmir.  ( Loğman: Hikmət sahibi)
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki hər şeiy kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.  ( Nizami Gəncəvi:Dahi Azərbaycan şairi )
Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır.  ( Pyer Buast: Fransız dilşünası )
Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı )
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.  ( Frensis Bekon: İngilis alimi )
Elm öyrənmək heç vaxt gec deyil.  (İbn Sina: Şərq filosofu və həkimi )
Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur.  ( Vasili Osipoviç Klyuçevski: Rus tarixçisi )
Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər.  (Konfutsi: Qədim Çin mütəfəkkiri )
Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur.  ( Corc Mur: İrland yazıçısı )
Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.  ( İsaak Nyuton: İngilis fiziki və astronomu )
Elm dərkdən başqa bir şey deyildir.  ( Platon: Qədim Yunan filosofu )
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.  (Sokrat)
Elm səbəb, əməl isə nəticədir.  ( Nəsrəddin Tusi: Azərbaycan dramaturqu )
Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.  ( Covanni Viko: İtalyan filosofu )
Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.  ( Çin atalar sözü )
Vicdansız elm ruhun çöküntüsüdür.  ( Fransua Rable: Fransız yazıçısı )
Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir.  ( Konfutsi: Qədim Çin mütəfəkkiri )
Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.  ( İohann Volfanq Höte: Alman mütəfəkkiri)
Zövqlərin ən gözəli elmdən alınan zövqdür.  ( Samuel Smayls: İngilis yazıçısı )
Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar.  ( Henri Kaldervud: İsveç filosofu )
Könlüm elmlərdən qalmadı məhrum,
Sonda bildim heç nə deyilmiş məlum.  (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol