Kəşflər
Radionu kim ixtira edib?
Radionun nə qədər böyük bir icad olduğu haqda bu gün heç düşünmürük. Ancaq 100 il əvvəl bir İtalyan gənc radiodan ilk səsi aldıqda heç kəs qulaqlarına inanmamışdı.
1895-ci ildə, İtaliyanın
Boloqna şəhərində yaşayan
Quqlielmo Marconi adlı bir gənc bir kilometr aralıda yaşayan qardaşına siqnal göndərdi. Qardaşı siqnalı qəbul edərkən silahıyla havaya iki dəfə atəş açdı.
İtalyan hökuməti bu gənc ixtiraçının ixtirası ilə heç maraqlanmadı. Ancaq gəncin İrlandiyalı anası ona sona qədər dəstək göstərdi və oğlunu İngiltərəyə göndərdi. İngiltərədə gənc ixtiraçı yüksək cəmiyyətin üzvü olan bir qohumunun yanında yaşamağa başladı.
Marconi İngiltərədə iki elm adamı ilə birlikdə çalışmağa başladı. O, 1897-ci ildə bir simsiz teleqraf şirkəti qurdu. Burada apardığı işlərin nəticəsi olaraq daha uzaq məsafəyə siqnallar göndərməyi öyrəndi. 1899-cu ildə Marconi tarixdə ilk dəfə olaraq, simsiz teleqraf siqnalını La-Manş boğazının üstündən keçməklə Fransaya göndərdi.
Q. Marconi radio dalğalarının bütün Yer kürəsini əhatəyə alacağına inanırdı. 12 dekabr 1901-ci il tarixdə radio dalğaları Atlantik okeanını keçib Amerikaya çatdı. Bu hadisə bütün dünyada böyük əks-səda doğurdu. Marconinin sistemi çox keçmədən İngilis və İtalyan donanması tərəfindən istifadə olunmağa başladı. O özü isə gördüyü işlərin nəticəsində çox varlandı.
Böyük ixtiraçı 1937-ci ildə vəfat etdi. Onun ölüm xəbəri bütün dünyanın radio stansiyalarında eyni vaxtda yayımlandı, növbəti iki dəqiqə ərzində isə stansiyalar siqnal göndərməyib ixtiraçıya hörmət əlaməti olaraq işlərini dayandırdılar
Kim icad edib?

Saqqızı kim kəşf edib?
Qədim insan məskənlərində arxeoloji qazıntı aparan arxeoloqlar kiçik qatran parçaları tapırlar. Bu, ilk saqqızdır. Qədim Yunanıstan və Yaxın Şərqdə qatran ağacının məhsulu dişləri təmizləmək üçün istifadə olunurdu. 1000 il Mayya hinduları kauçuk ağacının şirəsindən bu məqsədlə istifadə ediblər. Saqqızın ilk istehsalı isə XIX əsrə təsadüf edir. Men ştatı sakinləri - Kurtis qardaşları şam qatranına arı mumu qataraq satırdılar. 1850-ci ildə isə saqqızın tərkibinə parafinli aramatizator qatılır və 4 çeşid «Amerika bayrağı», «200-cü qayanın küknarı», «Şam magistralı», «Yanki şamı» adlı saqqızların istehsalına başlanılır.
Kauçukun satışa çıxması ilə onların populyarlığı itir. Kauçukdan saqqız istehsal etmək üçün 1869-cu ildə ohayolu Uilyam Finli Sempl patent əldə etsə də, işləri uğurlu alınmadı. Həmin il kauçuk saqqızı işıq üzü gördü. Nyu-yorklu Tomas Adams istehsala başladı.
Kompüter siçanını kim ixtira edib?
Kompüter siçanını Stenford Tədqiqatlar İnstitutunun əməkdaşı Duqlas Karl Engelbart ixtira edib. İlk siçan taxta qutu bənzəyib və stol üzərində təkərlər ilə hərəkət edib. Sonra bu informasiya kompüterə daxil edilib və ekranda kursorun hərəkəti ilə idarə olunub. Qurğu quyruqlu siçana bənzəyirdi və laboratoriyada olan insanlar bu adı seçdilər. Engelbart ideya müəllifi və konsepsiyanı işləyib hazırlayan şəxsdir. Bill İnqliş adlı aspirant qurğunu hazırlayır. Sonradan onlara qoşulan Cef Rulifson siçanın konstruksiyasını yaxşılaşdırır və proqram təminatı ilə dəstəkləyir.
Cəngəli kim icad edib?
Bu suala heç kəs cavab tapa bilməz. İlk çəngəllər böyük və bir iti dişi olub. Sonralar ikidişli çəngəllər də ortaya çıxıb. Qədim romalılar çəngəldən qazandan və ya oddan ət parçalarını çıxarmaq üçün istifadə ediblər. Bu əşyaları hələ çəngəl adlandırmaq olmaz. Çünki patrisilər əti əllə yeyirdilər. Neapolitan Milli Muzeyində İtaliyanın cənubi qərbində yerləşən antik Pestum şəhərinin xarabalıqlarında bir qəbirdən tapılmış çəngəl saxlanılır. Onun 2500 yaşı var.
Qısqacı kim ixtira edib?
Çoxlu kağızları nizama salmaq ehtiyacı çoxdan yaranıb. XIX əsrin ortalarında bu prosesi asanlaşdırmaq üçün kağızları bir-birinə sancaqla bənd edirdilər. Bu isə kağızlardan istifadə edən adamın əlini yaralayırdı. Təhlükəsiz qısqac düzəltmək fikri üç insanın ağlına gəlir. Amma bununla belə, qısqacı ilk dəfə norveçli riyaziyyatçı Yohann Valer ixtira edib (1899).
Teleqraf aparatını kim ixtira edib?
İxtiraçı Semyuel Finli Briz Morze 1838-ci il yanvar ayının 6-sı Nyu-Cersi ştatı Morristaun şəhərində kütləyə maqnit teleqraf ixtirasını nümayiş etdirir. Morze əlifbası sonralar ümumdünya tərəfindən qəbul edildi.
Elektrik lampasını kim ixtira edib?
1878-ci ildə ingilis alimi Cozef şüşə daxilində kömürdən hazırlanmış, közərtmə iynəsi olan şüşə kolba ixtira edir. 1879-cu ildə isə amerikalı ixtiraçı Tomas Edison eyni zamanda elektrik lampası ixtira edir, 1880-ci ildə o, qiyməti 2,5 dollar olan təhlükəsiz lampalar istehsal etməyə başlayır.
İlk hesablama aləti
Müəllif: Adil Rəcəbov
Tarix: 2009-12-23
Hesab işi hər dövrlərdə insanları maraqlandıran mövzu olub və hər dövrün özünəməxsus hesablama üsulu olub. Lap qədimdə daşlarla və ya buna bənzər şeylərlə hesablayıblar, sonra daşlar üzərində cızmaqla hesab aparıblar. Cəmiyyətin inkişaf etdiyi zamanlarda mürəkkəb hesablama sistemləri yaradılmış və bu sistemlərdən ticarətdə, astronomiyada, tikintidə və sair sahələrdə istifadə etmişlər. Kompüter olmayan zamanlarda inşa edilən piramidalar, möhtəşəm saraylar, mürəkkəb arxitekturalar, dəqiq astronomik hesablamalar indi də bizi heyrətə gətirir.

Zaman keçdikçə insanlar hesablamaya az vaxt sərf etmək, zəhmətlərini azaltmaq məqsədilə müxtəlif alətlər ixtira etmişlər. 1500 ildən də çox əvvəl ağıllı insanlar tərəfindən ilk hesab aləti – hesab çötkəsi icad olundu. Bu alət mil oxlara düzülmüş aşıqlardan ibarət idi. Hesab çötkəsini riyazi qaydalara əsasən yaratmışdılar – birinci sıranın daşları təklikləri, ikinci onluqları, üçüncü yüzlükləri və sair bildirirdi. Bu alət sürətlə yer üzünə yayıldı və hər yerdə yeganə hesab aləti kimi istifadə olunmağa başladı. Hesab çötkəsi bizim günlərə kimi gəlib çıxmış və hətta texnikanın inkişaf etdiyi indiki dövrdə də bəzi yerlərdə istifadə olunmaqdadır. Kim görməyibsə məndə biri var, göstərə bilərəm.

Cəmiyyət üçün faydalı olan ikinci hesablama texnikası şotland riyaziyyatçısı Con Neper tərəfindən kəşf olunub. Neper 1614-cü ildə loqarifma cədvəlini kəşf etmiş alimdir, o, bilirdi ki, loqarifma vasitəsilə istənilən ədədi tapmaq mümkündür. Neper tapdı ki, iki ədədin loqarifmlərinin cəmi bu ədədlərin hasillərinin loqarifminə bərabərdir. Bunu biləndən sonra vurma əməliyyatı asanlaşdı, iki böyük ədədin hasilini bilmək üçün loqarifma cədvəlində bu ədədləri tapıb toplamaq və antiloqarifma cədvəlində buna uyğun rəqəmi tapmaq kifayət idi. Amma bu proses çox vaxt aparırdı, Neper 1617-ci ildə bu işi tezləşdirmək üçün seqmentli oxlardan ibarət alət yaratdı, hansı ki, bu alət "Neperin çubuqları" adı ilə tarixə düşdü və sonradan mexaniki alətlər yaratmaq üçün əsas oldu.

Neperin ölümündən sonra 1618-ci ildə ingilis riyaziyyatçısı və astronomu Edmund Qünter loqarifma xətkeşini yaratdı.

Məktəb illərində riyaziyyata böyük həvəsim olduğu üçün loqarifma xətkeşi almışdım. Amma üstündən bir il keçməmiş kalkulyator aldım və loqarifma xətkeşi istifadəsiz qaldı.