Elm hüdudsuz bir okeandır
( İsaak Nyuton: İngilis fiziki və astronomu )

Xasiyyetiniz necedir?

Xala görə xarakterini müəyyən et

Xala görə xarakterini müəyyən et



Başın tüklü hissəsində xalı olan adamlar çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini kimləsə bölüşmürlər. Amma belə xalla heç də həmişə bədbinlik sayılmır.

Alının ortasında xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən asanlıqla gəlirlər.

Yanaqlarda və gözlərin altındakı xal qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqd, qulağın yaxınlığındakı xalı olan qadınlar fədakardır. Ümumiyyətlə sol yanaqda xal mübarizliyin göstəricisidir. Sağda xalı olan insanları isə hər işdə uğur gözləyir.

Qulaqda xalı olanlar özlərindən razı adamlar hesab edilir. Onlar yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belələri sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağında xal qeyri-adiliyə, orijinallığa işarədir. Onlar zahiri görkəminə görə də kütlədən seçilir. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri və kompleksləri asanlıqla dəf edirlər.

Dodağın qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara çox vaxt qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyatlı olurlar. Həmçinin başqalarını dinləməyi bacarmır.


Boyundakı xal kişilərdə hövsələsizliyi göstərir. Belə xalı olan adamların əhvalı tez-tez dəyişir. Onlar zəif və iradəsiz olurlar. Kişilər yüksək intellektə və zənginliyə malik olsalar da, mübarizəni sevmədiklərindən çox vaxt özlərini realizə edə bilmirlər. Bununla belə işlərinin peşəkarı olurlar.
Qadınlar isə dəyişkən xasiyyətli olurlar. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını, əqidəsini tez-tez dəyişə bilər. Eyni zamanda bu qadınlar zərif və sadiq olurlar. Həmişə rahatlıq yaratmağa çalışsalar da, ətrafındakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətinə qulaq asmırlar. Bu insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir.

Çiynində xalı olanlar çoxlu informasiya daşıyıcılarıdır. Belələrinin çiynində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə övladlar öz valideynlərinin səhvini təkrarlayırlar. Belələri güclü şəxs olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə onlar yüksək vəzifədə işləyən savadsızlara, həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar şəxsi həyatda heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqları, dost-tanışlarının avtoritetini qəbul etmirlər. Belələri az danışan, hövsələliolur və bütün tapşırıqları dəqiqliklə yerinə yetirirlər.

Sinədəki xal qadınlarda daha böyük məna kəsb eləyir. Bu bütövlükdə insanlığa böyük məhəbbətin simvoludur. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hissləri daimi məqsədləri dəqiqdir.
Kişilərdə isə bu işarə təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Bu insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar.

Budda xal sağdadırsa, bu tərki-dünyalıqdan xəbər verir. Belələri analarından asılı olurlar. Uşaqlardan uşaqlıqdan fərqlənirlər. Harada olursa olsun “ağ qarğa” hesab edilirlər. Belələri çox çətinliklə ailə qururlar. Onlar xüsusi bacarığa sahib olurlar. Ya gözəl əl qabiliyyəti ya da şairlik istedadı olur. Onlar öncəgörənlik də edə bilirlər.

Üst dodaqdakı xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyətdə iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişiləri sözün əsl mənasında əzirlər. Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur. Və cəmiyyətdə nüfuz qazanırlar.

Burnunda xalı olan adamlar ünsiyyətcil olurlar. Burnun ucundakı xal yüngül xarekter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini dəyişirlər. Onlar əqidələrini ötəri istəyə asanlıqla dəyişə bilərlər.

Çənədəki xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar nə istədikləri işi axıra çatdırırlar. Cəmiyyətdə yüksək mövqe tutan belələrində diktatorluq cizgiləri də özünü göstərir.

Qarında xal qorxuya işarədir. Belə adamlar öz qorxuları barədə heç kimə deməyərək böyük cəsarət göstərə bilərlər. Bu xalqın sahibləri çox vaxt ehtiraslarının qurbanı olurlar. Onlar bütünlüklə öz istəklərindən aslıdır.

Kürəkdə çiyinlərə yaxınyerdə xalı olanlar özlərinə və ətrafdakılara qarşı tələbkar olurlar. Çox vaxt onlar yaxşı idmançı kimi başqalarınıdan bunu tələb edirlər. Amma özünün fiziki inkşafına nə qədər diqqət yetirsələrdə sağlam olmurlar. Uşaqlıqdan çox xəstələnir, qocaldıqda da zəif olurlar. Ümummiyyətlə, belə xalı olanlar həmsöhbət, güvəniləsi tərəf-müqabili və işinin peşakarı olurlar.



Qolda xalı olan xanımlar nikahda xoşbəxt olurlar. Onlar özlərini kişilərə elə sevdirirlər ki, əks cinsin nümayəndələri bu xanımları əlləri üstüntündə gəzdirməyə hazır olurlar. Dirsəklə çiyin arasındakı məsafədə xalı olanların əlləri son dərəcə incə və eyni zamanda güclü görünür, onların enerjisi ilə demək olar ki, uyğunluq təşkil edir.
Kişilər də bu, eyni mənanı kəsb edir. Bu kişilət bütün dəqiq işləri görə bilirlər. Onlar yorulmur və ağır günlərdə ruhdan düşmürlər. Belələrinə həmişə güvənmək olar.

Barmaqdakı xalı olanlar tez-tez gözə gəlirlər. Şəxsi həyatda isə bəxtləri gətirmir, boşanmaqla üzləşirlər. Belələri biçmə-tikmədə usta olurlar. Onlardan yaxşı illüziyaçı çıxır. (Devid Kopperfilddə də belə xal var). Başqa bir inanca görə onlar heç vaxt pulsuz qalmır. Digər fərziyyələrə görə onlar mahir oğru olur.

Dizdəki xal səbirsizliyə işarədir. Belələri üçün nəyisə gözləmək ən dəhşətli şeydir. Onlar dayanacaqda nəqiliyyatı da gözləyə bilmirlər. Çox cəld yeriyir, kitabda səhifələri ötürə-ötürə oxuyur, çox tez yeyir, kino və teatrda isə daim saata baxırlar.

Gicgahda xüsusilə sağ tərəfdə xal təsadüfi hallarda nəsildə-nəsilə ötürülür. Bu xüsusi adamlarda olur. İncə intuisiyaya, öncədən görməyə işarədir. Deyilənə görə bu xalı yad gözlərdən qorumaq lazımdır. Ümumiyyətlə, gözün yanında, gicgahda və yanaqdakı xal əks təsirli ola bilər. Ola bilsin ki, bu xalla siz ətrafdakılara mistik şəkildə təsir edə bilərlər.





Yediyini göstər deyim necə adamsan

Yediyini göstər deyim necə adamsan



Tərəvəzdən doymayanlar
Çiy və ya bişmiş tərəvəz yeməklərini xoşlayanların enerji çox olur. Onlar öz sənətlərində də nəzərəçarpacaq uğurlar qazanırlar. Yerkökükü və digər tərəvəz qovurmasını sevənlərin öyrənmək və şöhrətpərəstlik həvəsi çox olur. Beləsinin səy və inadları adətən nəzərdən qaçmır. Məişətdə isə belə adamlar sakit xasiyyətli, harmonik tərəfdaşlığa can atan və canının qədrini bilən olurlar. Lakin onlar həddən artıq duz qəbul etməkdən vegetarianlara xas səhvə yol verməkdən çəkinməlidir.


Meyvəsiz bir günüm olmasın...
Şaftalı, yoxa armud bu cür təbii şirniyyat xoşbəxt həyatın təməlidir. Meyvə-gilmeyvə sevənlər asan dost tapır, diqqətcil və həssas olurlar. Rəqabət kəlməsi onlara yaddır. Buna görə də onlar karyerada irəli getməyə can atmırlar. Adətən yaradıcılıq qabiliyyətlərini göstərməyə imkan verən sənət seçirlər. Düzdür, irəli getmək həvəsləri olmadığından belələri biganə adam təsiri bağışlayır. Bu cür kişilər öz hissələrini nümayiş etdirməyi xoşlamırlar (qadınlar, bu cəhəti nəzərə alın və onlarla münasibətdə təşəbbüsü ələ alın).


Kabab qanlı igid canlı
Bu tandemi xoşlayanlar emosional adam olurlar. Onlar üçün yoxuş və enişlər xarakterikdir. Tez-tez uğur qazansalar da, ideya və planlarını ardıcıl həyata keçirməyi çox vaxt bacarmırlar. Onlar tərəfdaşlıqda da ardıcıl deyillər. İşdir, tənqidi qavramağa alışdıqda onların həyat xətti hamarlaşır. Ətyeyənlər müxtəlif xəstəliklərə, xüsusilə də mədə-bağırsaq və damar xəstəliklərinə çox meyilldirlər. Buna görə də piylənmə ilə mübarizə ilk zərbə onlara dəyir.


Könlü balıq istəyən...
Balıq yeməyi sevən şəxs adətən sakit xasiyyəti və yolundan dönməzliyi il seçilir. Təmkinli adam olduğundan həmkarları və dostları ona hörmət edir. Ailə həyatında da beləsinə arxayın bel bağlamaq mümükündür. Amma onun da bir mənfi cəhəti var: balıqsevər başqa öz fikrini açıq demirlər. Bu cəhət hər kəsdən çox onun özünə ziyan vurur.


Acı yeməkləri sevənlər
Tünd dadan yeməklərin insanın xasiyyətinə təsiri də elə tünd olur. Acı istiot insanın içini necə odlandırırsa, beləsinin temperamenti də od-alovla müqayisəyə gəlir. İstiot həvəskarı içində cövlan edən macəra həvəsini təmin etmək üçün özünə uyğun peşə tapmalıdır. Əgər dəniz qulduru, yaxud sınaqçı təyyarəçi olmaq ürəyincə deyilsə, heç olmasa, tez-tez ezamiyyətə çıxmaq imkanı verən iş onun daxili yanğısını söndürə bilər. Təbii ki, beləsi eşq macaralarını xoşlayır, özünü ehtirasın ixtiyarına verməkdən çəkinmir. Onun ən böyük nöqsanı eqozimdir. Çünki istiotlu xarakterlə etiraz üst-üstə düşmür. Vegeterianlar kimi onlar da duzu az işlətməlidir.


Yağlı yemək ye, işin yağ kimi getsin
Yağlı yeməkləri xoşlayanlar iş yerində çox işin öhdəsindən təkbaşına gəlməyi bacarırlar. Çox vaxt peşə nərdivanının yuxarı pilləsinə asan dırmanırlar. Naz-qəmzə satmaqda, kimisə yoldan çıxarmaqda isə onlara çatan çətin tapıla. Onlarla bir qədər ehtiyatlı davranmaq məsləhətdir. Oyunun məqsədini əvvəlcədən tamam açmaq bəzən qarşısındakının xətrinə dəyə bilər.
Noriko Kuriyamanın təsnifat bölgüsü burada başa çatır. Onun qənəatinin nə qədər düz olduğunu yoxlamaq istəyirsinizsə, sizi əhatə edən insanların yemək seçminə, yəni boşqabına nəzər salın. Əlbəttə, bu əməliyyatı elə yaponlar kimi ehtiyatla və nəzakətlə aparmaq lazımdır ki, sizi yalnış analmasınlar








Bürclər haqqinda..

Bürclər haqqinda..


Bürclər qadınların xarakteri haqqında ən əsas ipucudur. Kişilər qadınları bürcünə görə tanıya bilir və münasibət qurmaq asan olur.

Qoç bürcü – bu bürcün qadınları dürüst, enerjili və dalaşqan olur. Çox vaxt yüksək səslə danışırlar. Mənfi tərəfləri ancaq qısqanc və kinli olmasıdır. Hər kəsin onu tərifləməsini istəyir. Onun yanında başqalarını təriflədikdə buna qıcığı tutur. Bundan başqa, qoç qadınları yaxşı evdar hesab olunurlar.

Buğa bürcü – bu bürcün sahibləri səbrli, ərinin sözünü dinləyən, açıq sözlü olur. Buğa bürcünün qadınları incəsənət sahəsində daha iddialı olur. İnsanlarla səmimi və mehriban davranır və ətrafdakılardan da eyni şeyi gözləyir. Evini təmiz və səliqəli saxlamaq onun üçün vacib şərtlərdən biridir. Sevdiyi insana olduqca bağlı olur. Buğa bürcünün qadınları nadir hallarda boşanır. İnsanlarla yaxşı yola gedə bilir.

Əkizlər bürcü – bu bürcün qadınları tez bir zamanda dostluq qura bilir. Lakin dostları uzun müddət davam etdirə bilmirlər. Görünüşlərində tez-tez dəyişiklik etməyi və evi tez-tez dekorasiya etməyi sevirlər. Gözəl ailə sahibi də olmağı bacarırlar. Ağıllı və savadlı kişi ilə ailə qurmaq istəyər və bundan böyük zövq duyarlar. Gizli eşq məcaraları yaşayırlar

Xərçəng bürcü – bu bürcün qadınları ərlərinə olduqca sadiq və inanclı olur. Xərçəng bürcünün qadınlarının fikrini dəyişmək mümkün olmur. Bundan əlavə, çox savadlı, yüksək intellekt sahibi və gözəl ana olurlar. Ərinə yardım edər və onun hər bir işini dəstəkləyər. Ərinin günahlarını bağışlaya bilir. Heç vaxt kiməsə öz fikirləri ilə təzyiq göstərməz.

Şir bürcü – bu bürcdən olan qadınlar cəsur olur. Müzakirə və mübahisə etməyi sevsə də, sevimli insan olur. Mübarizkar və iddialıdır. Evi idarə etməyi bacarır. Qəribə olsa da, dünyanı öz qayda-qanunlarına uyğunlaşdırmağa çalışır. Heç vaxt etdiyi yaxşılıqların əvəzini gözləməz. Sevdiyi insanı həmişə kontrol altında saxlamaq istəyir. Bacarıqlı və rəhbər qadın olmağı qarşısına məqsəd qoyurlar.

Qız bürcü – bu bürcün qadınlarının gözündən sevgi hiss olunur. Dürüst və təmiz qəlbli insandır. Çəkingən olduğu üçün çox zaman sevgisini ərinə açıqlaya bilmir. Başqalarına kömək etməyi və gəzib-görməyi sevir. Hər şeyi qabartmağı və şişirtməyi sevərlər.

Tərəzi bürcü – bu bürcün qadınları erkən yaşlarda evlənir. Müdrik və nəzakətli xanım olurlar. Sevgi münasibətlərində xüsusi bacarıq yiyəsi olurlar. Bundan əlavə, konfortu, bahalı geyimləri və gözəl yaşamağı sevirlər. Əri xəyanət etsə də, boşanmağı qətiyyən düşünmürlər.


Əqrəb bürcü - sevdiyi insana göstərdiyi qayğı və nəvazişin qarşılığını gözləyir. Hünərli və qərarlı qadın olurlar. Davranışlarını hər zaman nəzarət altında saxlayır və qüsurlarını gizlətməyə və düzəltməyə çalışırlar. Çox çalışqan və sakit olurlar lakin qəflətən sükutu pozub fırtına yarada bilirlər. Əsəbləşən zaman özlərini idarə edə bilmirlər. Hökm verməyi sevir və başqalarının onları idarə etməyini heç vaxt icazə vermirlər. İnsanlardan göstərdiyi rəftarın qarşılığını gözləyir. Evlərini çox gözəl dekorasiya etməyi bacarırlar. Özlərini və ətrafdakıları sevindirməyi yaxşı bacarırlar.

Oxatan bürcü – bu qadınlar onlara əmr verənlərlə mübahisə edir və bu kimi davranışları qətiyyən xoşlamır. Yaxşı ev qadını və ana olmağı bacarırlar. Sakit, ağıllı, bacarıqlı və istiqanlı insandır. Başqalarının işlərinə burun soxmur.

Oğlaq bürcü – bu qadınlar qarşılarına çıxan əngəllərə baxmayaraq, istədiklərini əldə bilirlər. Çalışqan və əzmlidir. Şöhrətpərəst və pula hərisli insan olurlar. Erkən evlilik həyatına və dünyaya çox uşaq gətirmək əleyhinə olur. İşinə bağlı insanlardır. Dostları çox az olur və sevgiyə o qədər də inamlı olmurlar. 

Dolça bürcü – bu bürcün qadınları adət-ənənələrə sadiq deyil. Ərindən bezərsə, çox rahatlıqla boşanıb başqasını tapa bilər. Xeyirxah və nəzakətli davranmağı sevirlər. Xəstəliklərə qarşı çox zəif olur. Bu bürcün qadınları çox sosial olur və göstərişi sevirlər. Özünə uyğun insanlarla münasibət qurmağa çalışır. Bəzən çox mənasız davransa da, insanların onu başa düşməsini və bağışlamasını tələb edir.

Balıq bürcü – balıq bürcünün qadınları ərində ağıl, yaraşıq, savad və xarizma axtarır. Olduqca qısqanc və ərinə düşkün qadın olurlar. Həmçinin həyat yoldaşının sözündən çıxmazlar. Ərinə və uşaqlarına qarşı fədakar olur və insanlara qarşı xeyirxah davramağı sevir. Bəzən çox tərs xarakterə malik olur. Romantikliyi ilə digər bürclərdən seçilir.









Sevdiyi yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?

Sevdiyi yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?



Sevdiyi yeməklə insanın xasiyyətini necə müəyyən etmək olar?
İnsanların xasiyyətinin müəyyən edilməsi ilə bağlı artıq bir neçə yazı yazılıb. Xarakteri eyni zamanda xoşladığın yemək və tərəvəzlərlə də müəyyən etmək olar. Bu yöndə aparılan araşdırmaların nəticələri də olduqca maraqlıdır.

Romantiklər şirin, eqoistlər isə turş yeyir
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır. Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat olmadan dura bilmir.
Duzlu yeməyə meyllilik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaqları ilə də fərqlənirlər. Maraqlıdır ki, şit yemək xoşlayanlar da əliaçıqlıqları ilə seçilmirlər. İstiotlu yeməkləri xoşlayanlar isə sadəlövh və səmimi olurlar. Qaynar temperamentli istiotsevərlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.

Tərəvəzsevərlər enerjili olur
Tərəvəzi sevən adamlar digərlərindən fərqli olaraq daha enerjili olurlar. Bu səbəbdən də onların zəhməti bəhrəsiz qalmır. Karyeralarını daha rahat qururlar. Biliyə yiyələnməyə can atan tərəvəzsevərlər eyni zamanda şöhrətpərəst olurlar. Sağlamlıqlarının qədrini bilən bu tip adamlar məişətdə sülhsevər olur, münaqişələrdən qaçırlar. Vegetarianlara da duzdan az istifadə etmək məsləhət görülür. Əks halda onlar müəyyən xəstəliklər qazana bilərlər.
Ayrı-ayrılıqda tərəvəzlərə simpatiya da insan xarakteri haqda informasiya daşıyır. Xiyar və yemiş xoşlayanlar cəsur və ciddi olur, təsir altına düşmürlər. Daha çox idmançı və səyyah olan bu cür kişilərin yanında qadınlar özlərini çox arxayın hiss edir. Qarşılarına qoyduqları məqsədlərə tez yetişən bu insanlarda romantizm yoxdur. Hər iki tərəvəzi xoşlayan qadınlar, adətən, yüksək vəzifələr tutsa da, ailə həyatında uşaq kimi köməksiz olurlar. Lakin belə qadının qismində kişi hər zaman özünə sadiq və yaxşı dost tapa bilər.
Pomidor sevən adamlar isə şən və fəal olurlar. Lakin onların davranışları çox vaxt münaqişələrə səbəb olur. Bu tipli kişilər emosional və tənbəl olur. Vaxtlarının çoxunu evdə keçirməyə üstünlük verirlər. Pomidorla yemişi xoşlayanlar isə sakit və təmkinli olurlar. Həmçinin gözəl əşyaları xoşlayırlar. Bu tərəvəzləri sevənlərdən, adətən, rəssam və musiqiçilər çıxır. Çatışmayan cəhətləri isə özünə vurğunluqları və eqoist olmalarıdır.

Ananası sevən insan hər bir sözünü götür-qoy edir, onunla həmfikir olmayanlardan uzaq olmağa çalışır. Etdikləri hər bir hərəkət, istifadə etdikləri hər bir əşya zövqlə seçilmiş olur.
Psixoloqlar həmçinin tərəvəzlərin xasiyyətdəki dəyişikliklərə necə təsir etməsini də müəyyən edə bilib. Belə ki, çoxlu kələm yemək insanı üzüyola, yerkökü yemək isə şikayətcil edir. Pomidor müəyyən məqsədə doğru daha çox çalışmaq həvəsi, xiyar isə diqqətsizlik yaradır. Kartof ağır xasiyyət və digərlərinin fikrlərinə dözümlülük yaradır.

Ət yeyənlər ambisiyalı, balıq sevənlər isə sakit olur

Yağlı yeyənlər isə cəld olur
Ət yeməyi xoşlayanlar həyatda uğur əldə etməyə çətinlik çəkmirlər. Onlar eyni zamanda ambisiyalı olur. Lakin tərəf müqabili kimi daimi olmurlar və başladıqları işi çox vaxt başa çatdırmırlar. Öz istəklərini həyata keçirmək məqsədi ilə bəzən istənilən situasiyadan sui-istifadə edə bilirlər. Ət yeməyi xoşlayanlar tənqidləri sakit qarşılaya bilmirlər. Onlar, adətən, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkirlər.

Balıq sevənlər öz sakitliyi və daimiliyi ilə fərqlənir. 

Dözümlü olmaları onlara dostları və həmkarları arasında hörmət qazandırır. Ailədə belə insanlara arxalanmaq olar. Lakin bir qədər səmimilikləri çatmır. Nadir hallarda başqaları haqda açıq fikir bildirir və bununla da ilk növbədə özlərinə ziyan vururlar.
Yağlı yemək xoşlayanlar isə cəld və çevik olurlar. Həddən artıq açıq olmaları bir çox hallarda həmsöhbətlərinin xətrinə dəyir.

Meyvə və giləmeyvə yeyənlər isə diqqətli olur
Meyvə və giləmeyvə sevənlər çox diqqətli olurlar. Çoxlu dostları olan belə adamlar karyera qurmağı və başqaları ilə rəqabətə girməyi xoşlamırlar. Meyvə sevərlərdə də romantizmə meyllilik var, ona görə yaradıcılıqda uğur qazana bilirlər. Bundan başqa, onlar çəkingən olur, ətrafdakıların onları başa düşməyəcəyindən ehtiyat edirlər.


Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol